Çin dünyanın siyasi mərkəzinin Asiyaya keçməsində xüsusi rol oynaya bilər- ÖZƏL
4 İyul 2024 15:30 Siyasət"Çin hazırda dünyanın ən böyük güc mərkəzlərindən biridir. Çin iqtisadiyyatı dünya iqtisadiyyatında kifayət qədər önəmli paya sahibdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Çin aqressiv xarici siyasət əvəzinə iqtisadiyyat üzərindən dünyada yayılmağa üstünlük verən dövlətdir. Son dövrlərdə dünyada yeni siyasi iradə mərkəzinə çevrilmək istiqamətində də inkişaf edir. Belə təsəvvürlər mövcuddur ki, yaxın gələcəkdə Çin dünyanın siyasi mərkəzinin Asiyaya keçməsində xüsusi rol oynaya bilər. Ona görə də Azərbaycanın Çinlə ikitərəfli münasibətləri inkişaf etdirməsi olduqca önəmlidir. İndiki şərtlər daxilində Çin demək olar ki, dünyanın 2 süperdövlətindən birinə çevrilmiş görünür. Belə dövlətlə ikitərəfli münasibətlər Azərbaycana faydalı və önəmlidir. Gələcəkdə çox böyük fayda gətirə bilər. Xüsusilə nəzərə alsaq ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə Avropanı Asiya ilə birləşdirən marşrutda Çinin iştirak payı Azərbaycan üçün olduqca böyük əhəmiyyət daşıya bilər".
Qiymət Mahir