Paşinyanın partiyası hökumətin istefası ilə bağlı parlament iclasını pozmağı planlaşdırır - KİV
11 İyun 2024 13:18 SiyasətErmənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası hökumətin istefası ilə bağlı müxalifətin təşəbbüsü ilə keçiriləcək parlament iclasını pozmağı planlaşdırır.
Olaylar xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb.
Qəzet yazır ki, "Vətəndaş müqaviləsi" fraksiyasının toplantısında Ermənistan parlamentinin təcili iclası üçün kvorumun təmin edilməməsinə qərar verib. Partiya üzvləri arasında bu məsələdə fikir ayrılığı olmayıb, hamı yekdilliklə bu fikirdə olub ki, müxalifətin təşəbbüsü ilə hökumətin istefası ilə bağlı iclas keçirilməməlidir.
Qeyd edək ki, iyunun 17-də Ermənistan parlamentində mövcud hökumətin istefası məsələsini müzakirə etmək üçün növbədənkənar iclasın keçirilməsi nəzərdə tutulur. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31