Ermənistanda İrəvana gedən yollarda polis nəzarəti gücləndirilib
11 İyun 2024 11:50 DünyaErmənistanda Ararat və Vayots Dzor vilayətlərində polis nəzarəti gücləndirilib.
Olaylar xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunub ki, təkcə İrəvana gedən avtomobillər deyil, həm də əks istiqamətdə - Sünikə gedən nəqliyyat vasitələri də yoxlanılır.
Məlumata görə, sürücülərdən yük yerini açmaları və sənədləri təqdim etmələri tələb olunur. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31