Biz bu gün Qərbi Azərbaycana dinc qayıdış meyarlarını müdafiə edirik-Tural İsmayılov- ÖZƏL
6 May 2024 15:38 Siyasət"Qərbi Azərbaycana Biz bu gün Qərbi Azərbaycana dinc qayıdış meyarlarını müdafiə edirik Azərbaycan xalqının tam hüququdur. Çünki xalqımız Qərbi Azərbaycandan deportasiyalara məruz qalıbdır, böyük basqılar və eyni zamanda, qanunsuzluqlara düçar olaraq uzaqlaşdırılıbdır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Əlbəttə ki, bu gün Qərbi Azərbaycandan məcburi köçkün düşmüş vətəndaşlarımızın öz dədə-baba yurdlarına gedib oranı ziyarət etmək, oranı görmək hüquqları var. Azərbaycan Qərbi Azərbaycana topla, tüfənglə qayıtmır və yaxud da hansısa hərbi müdaxilədən bəhs etmir. Biz bu gün Qərbi Azərbaycana dinc qayıdış meyarlarını müdafiə edirik. Azərbaycanlıların Qərbi Azərbaycana dinc qayıdışı mövzusunun həm də beynəlxalq hüquqi əsasları var. Hesab edirəm ki, bu baxımdan azərbaycanlıların Qərbi Azərbaycana qayıtması, oranı ziyarət etməsi, eyni zamanda, öz dədə-baba yurdlarında olmasının həm də beynəlxalq hüquqi baxımdan da əsasları mövcuddur".