Fransa XXI əsrdə neokolonializm siyasəti həyata keçirir- ÖZƏL

"Azərbaycan həmişə dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşıb, digər dövlətlərin və xalqların azad, müstəqil yaşamaq hüququna malik olmaları siyasəti həyata keçirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Bəzi Qərb dövlətləri, xüsusən Fransa XXI əsrdə də müstəmləkəçilik, neokolonializm siyasəti həyata keçirir. Azərbaycan Fransa müstəmləkəsindən əziyyət çəkən dövlətlərlərə və xalqlara dəstək olmaqdadır. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu və davamlı tədbirlər həyata keçirir. Fransa müstəmləkəsindən əziyyət çəkən dövlət və xalqlar Azərbaycan dövlətini özlərinin ən böyük dəstəkçisi hesab edirlər və Qərb müstəmləkəsinə qarşı mübarizə aparırlar. Forumda çıxışı ilə Prezident İlham Əliyev bir daha Azərbaycanın müstəmləkəyə, neokolonializmə qarşı çıxan, tolerantlıq, multikulturalizm dəyərlərinə hörmətlə yanaşan bir dövlət olduğunu dünyaya nümayiş etdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31