COP29-a ev sahibliyi etmək ölkəmiz üçün böyük şərəf sayır- ÖZƏL
3 May 2024 10:29 Siyasət"COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədov deyib. Bildirib ki, COP29-a ev sahibliyi etməyi ölkəmiz özü üçün böyük şərəf sayır: "Lakin bu həm də məsuliyyətdir. İndi Azərbaycan bu qlobal tədbirə ev sahibliyi edəcək ölkə kimi hazırlığın fəal mərhələsindədir. Artıq COP29-a az vaxt qalır. Odur ki, yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik. "Yaşıl gündəliyimiz" də artıq dünyaya bəllidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31