Ümumilli liderin zəngin həyat yolu fəaliyyətinin bütün mərhələlərində bir-birini tamamlayıb- ÖZƏL
1 May 2024 15:15 Siyasət"Mənalı ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlının - Heydər Əliyev Vətən və xalq qarşısındakı misilsiz xidmətlər göstərib". "Olaylar"ın məlumatına görə, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib. Bildirib ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur: "Geniş bilik və dərin təfəkkür sahibi, düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir".