Azərbaycan 80-dən çox dövlətə humanitar, maddi və texniki yardımlar edib- ÖZƏL

"Dünyanın BMT-dən sonra ikinci ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına üzv dövlətləri 28 il əvvəl müstəqillik əldə etmiş gənc bir dövlət olan  Azərbaycanın bu quruma sədrlik etməsinə yekdilliklə səs verdilər. Bu Prezident İlham Əliyevə olan yüksək inam və onun siyasi bacarığına verilən yüksək qiymət idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Kamilə Əliyeva deyib: "Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı beynəlxalq arenada nüfuzunu artırdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyada koronavirusun tüğyan etdiyi dövrə təsadüf etdi. Bu dövrdə dünyanın bir çox böyük dövlətləri zəif və yoxsul ölkələrə nəinki kömək etmədi, hətta vaksin millətçiliyi ilə məşğul oldular. Azərbaycan isə 80-dən çox dövlətə humanitar, maddi və texniki yardımlar etdi. Bu Prezident İlham Əliyevin öz ölkəsinin vətəndaşları ilə yanaşı, digər dövlətlərin vətəndaşlarının sağlamlıqlarına biganə qalmamasının və insanpərvərliyinin ən bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31