İqtisadiyyat və maliyyə nazirlərlərinə yeni səlahiyyəti verildi
27 Aprel 2024 14:50 SiyasətTürk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasından Rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ Rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilsin və onlara həmin Fondda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31