İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.

Olaylar rus KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Fikrimcə, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız təbii qazın bir hissəsi Azərbaycan qazıdır", - o qeyd edib.

Qeyd edək ki, aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırarkən "Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı", - fikirlərini səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31