Azərbaycan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir- ÖZƏL

"Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Rusiya münasibətləri həm siyasi münasibətlərdə, həm də iqtisadi əlaqələrin göstəricilərində birmənalı şəkildə öz təsdiqini tapır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Azərbaycanın şanlı Zəfəri və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında Rusiyanın xüsusi rol olmuşdur. Daha sonra 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə isə dövlətlərarası münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31