Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək
25 Aprel 2024 13:06 SiyasətBakıda səfərdə olan Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasının iştirakçıları sabah Qarabağa səfər edəcəklər.
Olaylar xəbər ki, iştirakçılar ermənilərin işğal dövründə bu ərazilərdə törətdikləri dağıntıları öz gözləri ilə görəcəklər.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisində ilk dəfə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclası keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31