Naxçıvan Muxtar Respublikasının baş naziri işdən azad olunub, yeni təyinat olub

Naxçıvan Muxtar Respublikasının baş naziri işdən azad olunub.

Olaylar xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məmmədov işdən azad edilib.

Ali Məclisin qərarı ilə muxtar respublikanın yeni baş naziri Ceyhun Cəlilov təyin olunub.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Ceyhun Cəlilov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Yeni nazir əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31