Deputatımız QDİƏT Parlament Məclisinin komitə iclasında iştirak edəcək
25 Aprel 2024 10:45 SiyasətMilli Məclisin deputatı Elşad Mirbəşir oğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadi siyasət və inkişaf komitəsinin iclasında iştirak etmək üçün aprelin 26-da Türkiyə Respublikasının Zonquldak şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, iclasda "QDİƏT-ə üzv dövlətlər arasında enerji resurslarının ticarəti sahəsində əməkdaşlıq" mövzusunda məruzətəqdim olunacaq və tövsiyə layihəsi nəzərdən keçiriləcək.
Səfər aprelin 29-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31