Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli aprelin 25-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək. "Olaylar" xəbər verir ki, Vitse-spiker burada keçiriləcək Parlamentlərarası Qüds platformasının beşinci konfransında iştirak edəcək.
Səfər aprelin 28-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31