Hərbi Dəniz Qüvvələri və FHN Xəzər dənizində birgə təlimlərə başlayıb
24 Aprel 2024 13:47 SiyasətAprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "Dalğa-2024" birgə taktiki təlimi keçirilir.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
HDQ və FHN şəxsi heyət və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31