Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır- ÖZƏL

"Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri uğurlu regional əməkdaşlıq nümunəsidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əli Məsimli deyib: "Bu kontekstdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti çox böyükdür.Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə yaradılmaqda olan Avropaya yaşıl enerji körpüsü bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcək.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş mühüm əhəmiyyt daşıyır.Həmçinin Qara dənizin dibi ilə kabel çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyi çox önəmlidir.Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet sahələrin önündə gedəcək. Ölkələrimizin tranzit imkanlarından, xüsusilə "Orta dəhliz"in artan rolundan daha səmərəli istifadə etməklə transit yüklərin həcmini dəfələrlə artırmaq olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31