24 aprel qondarma “erməni soyqırımı”nın ildönümündə Qazaxın kəndləri Azərbaycana təhvil verilir- ÖZƏL
24 Aprel 2024 11:22 Siyasət"Bu gün ermənilər ildönümünü qeyd etdikləri qondarma "soyqırımı" yox, Qazaxın işğal altında qalan 8 kəndindən dördünün azad edilməsini müzakirə edir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib: "Bu, son 4 ildə Ermənistanın simvolik günlərində Azərbaycanın qələbəsi ilə üzləşdiyi növbəti hadisədir: "Kəlbəcərin azad edildiyi 25 noybrda ermənilərin qəhrəman hesab etdikləri terrorçu Monte Melkonyanın doğum gününü qeyd edirlər.
12 may təqvimini ermənilər I Qarabağ müharibəsində Azərbayanın "məğlubiyyət günü" (1994-cü ilin 12 mayında Bişkek protokolu imzalanıb) kimi qəbul edir. 2021-ci ilin 12 mayında Azərbaycan ordusu Qaragölün bir hissəsini nəzarətə götürdü.
2023-cü il 20 sentyabr əməliyyatı ilə Qarabağda erməni separatizmi ləğv olundu, bir gün sonra - 21 sentyabrda ermənilər bölgədən çıxmağa başladı. 21 sentyabr Ermənistanın müstəqillik günüdür.
24 aprel qondarma "erməni soyqırımı"nın ildönümündə Qazaxın kəndləri Azərbaycana təhvil verilir".