Sərhədlərin dəqiqləşdirilməsi bölgəyə uzun müddətli sülh gətirəcək- ÖZƏL
24 Aprel 2024 11:15 Siyasət"Azərbaycan-Ermənistan sərhəd xətlərinin dəqiqləşdirilməsi prosesinin başlanılması, delimitasiya, demarkasiya işlərinin aparılması olduqca mühüm olaydır". "Olaylar" xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Pariyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib: "Bu proses bölgəyə uzun müddətli sülh, əminamanlıq və hüzur gətirəcək. Qafqazın inkişafında, bölgənin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunmasına öz tövhəsini verəcək. Əmin olmaq istərdik ki, bundan sonra heç zaman Qafqazda xalqlar və dövlətlər arasında münaqişə, müharibə olmayacaq. Bölgədə rus faşizmi, Rusiyanın irtica siyasəti öz məkirli niyyətlərini bir daha reallaşdıra bilməyəcək. Qafqaz ölkələrinin Avropaya inteqrasiyası möhkəmlənəcək, xalqlar, xüsusilə insanlar rifah və əminamanlıq içində birgə yaşayacaqlar".