Qadın da, kişi də vətəndaş nikahına girməli deyil-Spiker
23 Aprel 2024 13:53 SiyasətVətəndaş nikahı Avropadan Azərbaycana keçib. Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin aprelin 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, Avropada araşdırmalara görə vətəndaş nikahı azalsa da, Azərbaycanda getdikcə artır: "Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb".
Spiker Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: "Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31