Tütün məmulatlarının idxal və istehsalçılarına yeni rüsum tətbiq ediləcək
23 Aprel 2024 13:25 SiyasətTütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün yeni rüsum müəyyənləşir. Olaylar xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda mazakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31