Azərbaycan ilə Türkiyə arasında daha bir Saziş təsdiqləndi
23 Aprel 2024 11:59 SiyasətAzərbaycan ilə Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. Olaylar xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Saziş 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Qanun layihəsi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31