24 apreldə ermənilər göz yaşı tökməkdənsə…
23 Aprel 2024 11:20 Siyasət"2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Azərbaycanı sevənlər Heydər Əliyev ilini yüksək səviyyədə qeyd etdi. Ötən gün Rusiyada Prezident İlham Əliyevlə həmkarı Vladimir Putin arasında keçən görüşdə də ulu öndərin zəngin fəaliyyəti bir daha qeyd olundu". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Anar Iskəndərov deyib.
Deputat qeyd edib ki, ermənilər tərəfindən qondarma soyqırımla bağlı hər il 24 apreldə ortaya atılan məsələnin bir oyun olduğu hər kəs aydındır: "Bu yaxınlarda Ermənistanın baş naziri də bu məsələyə dair münasibət bildirib. Tarixdə heç vaxt erməni dövləti olmayıb. 24 apreldə ermənilər göz yaşı tökməkdənsə Azərbaycanla, Türkiyə ilə münasibətlərə daha real və konkret müstəvidən yanaşmalıdır. Bu onlar üçün ən optimal seçimdir".