Oturub gileylik etməklə problemi həll etmək olmur- ÖZƏL
23 Aprel 2024 08:54 Siyasət"İnsan həyatı başdan-başa problemlərlə doludur. Çətinliyi olmayan insan demək olar ki, yoxdur. Çətinliyin böyüklüyündən və yaxud kiçikliyindən asılı olmayaraq, onu aradan qaldırmağın tək yolu insanın əzmi, iradəsi və mübarizəsidir". Olaylar xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, mubarizə üsulu isə fərqli olur: "Çətinliklərin qarşısında, onun həllində insanın reaksiyaları fərqlidir, bədbinləşməklə, özünə qapanma, boş şeylərdi. Bəziləri çətinliklərin neçə həll olunmasını bildiyi halda və onun həllinə çalışmalı olduğu halda, ancaq boş donquldamaqla, ümüdünü üzməklə, problemi daha da çətinləşdirir. Bu cür insanlar təklikdə qalmağı daha üstün tutur, dodağının altında öz -özünə danışar, öz-özünə şikayətlənər. Məntiqə əsaslanan insan isə dərk edir ki, qarşıya cıxan problemin həlli mübariz olub, onun həlli üçün səbrlə çalışmaqdan keçir. Problemə qapanmaqdansa, problemi, çətinliyi həll etmək üçün yardımçı insanlara əl uzatmaq, ən azı başqalarını köməyə çağırmaq lazımdır. Ağıllı insanlar başlarını aşağı salıb, başqalarının köməyinə arxalanaraq problemlərinin həlli ilə məşğul olub, onun həllinə nail olar.
Digər formada isə,ən yaxşısı pislikləri dilə gətirməməklə, irəli baxışla özündəki həyat tərzini yüksəltsin. İnsan başa düşməlidir ki, oturaraq giley etmək, heç bir problemi həll etməz. Təəssüf ki, əksəriyyət çətinlik və problemləri gördüyü halda, başlayırıq kimlərisə ittiam etməyə. Amma başa düşmək lazımdır ki, əsl günahkar özümüzük.
Problemlərimizə çətinliklərimizə baxış bucağı vərqli olmalıdır. Mübariz insan haqsızlıqla vuruşar, haqsızlığa müqavimət göstərər, haqsızlığı lənətləyib, onu ittiham edər. Yaxşı olar ki,priblemlərin həlli üçün düzgün yol tapmaq, problemin tanınması üçün birlik yaradıb, ən düzgün leğitim qərarlarla onun həllinə nail olmaq lazımdır. Qarşımıza çıxan divarı tanımadan onu dağıtmağın çətinliyini başa düşmək lazımdır. Əgər divar sizin gücünüzün fovqündə olan möhkəmlikdə tikilibsə, ona boşuna güc vurmaq faydasızdır. Yaxşı olar ki, başqa yol axtarışına çıxasan. Əgər problemin həlli üçün günahkarı görüb bildiyi halda, günahkar axtarmaqdansa, problemi aşmağın yolları baradə düşünsə tezliklə uğur qazanar".