Paşinyan Qarabağ uğrunda müharibəyə başlamaqdan imtina etdi
23 Aprel 2024 06:49 Siyasət"Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Mən dedim ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur. Və ümid edirik ki, demarkasiya prosesində Ermənistan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq", - Paşinyan Ermənistanın İctimai Televiziyasında nümayiş olunan britaniyalı jurnalistlərə müsahibəsində deyib.
Ermənistanın baş naziri Britaniya mətbuatına müsahibəsində deyib ki, o, məcburi köçkünlərin Qarabağa qaytarılmasını qeyri-real hesab edir.
"Əgər bu real olsaydı, Dağlıq Qarabağdan deportasiya baş verməzdi", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31