Prezident İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
22 Aprel 2024 18:12 SiyasətAzərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.
Azərbaycan dövlətinin başçısı vurğulayıb: "Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31