Paşinyan İrəvanda səfərdə olan Toyvo Klaarla görüşüb
22 Aprel 2024 18:07 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.
Olaylar bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Görüşdə həmçinin Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Görüşdə Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi müzakirə olunub.
Toyvo Klaar Aİ-nin Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesini bütünlüklə dəstəklədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31