Azərbaycan həmin kəndlərdə quruluşu bərpa edəcək-Zeynal Əmrəliyev- ÖZƏL
22 Aprel 2024 17:39 Siyasət"Qazaxın kəndləri çox önəmlidir. Azərbaycana qaytarılacaq həmin kəndlər tez bir zamanda Qazaxın digər kəndləri ilə eyni inkişaf səviyyəsinə çatdırılmalıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Orda məskunlaşma siyasəti aparılmalıdır. Həmin kəndlərin sakinləri digər kəndlərdə yaşayırlar. Onlar öz kəndlərinə qaytarılmalıdırlar. Azərbaycan həmin kəndlərdə quruluşu bərpa edəcək, yaşamaq üçün əlverişli şərait yaradılacaq. Sakinlərin ora yerləşməsi, kənd təsərrüfatı ilə məşğul olması təmin ediləcək. İşğaldan əvvəl orda sovet sistemi olduğu üçün orda pay torpaqlarının bölünməsi, həyətyanı sahələrin müəyyənləşdirilməsi məsələsi var. Bu məsələlər də zamanla öz həllini tapacaq. Amma bunlar tez olmalı hadisələrdir. Çünki Qazaxın kəndlərini Qarabağdan ayıran bir neçə səbəb var. Ona görə də burda məskunlaşma daha tez həyata keçirilməlidir".