Minaların ermənilər tərəfindən təmizlənməsi müsbət haldır- ÖZƏL
22 Aprel 2024 17:36 Siyasət"Bununla Ermənistan özünün xoş niyyətini göstərmək istəyir. Bildirmək istəyir ki, kəndlər tam minalardan təmizlənərək Azərbaycan tərəfə təhvil veriləcək".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib.
"Biz, Qarabağda bu vəziyyətin şahidi olmadıq. Həmin bölgələrin minalardan təmizlənməsi üçün Azərbaycan orda əhəmiyyətli işlər görür. Bu, çox çətin və təhlükəli prosesdir. Deyərdim ki, işğaldan azad edilmiş ərazilərdə aparılan ən çətin proseslərin başında məhz minalardan təmizləmə gəlir. Ermənilər tərəfindən dəqiq mina xəritələri vasitəsilə təmizlənmə aparılsa, bu, müsbət haldır. Təbii ki, Azərbaycan buna yenə də nəzarət edəcək. Bu, Ermənistanın sülh prosesində səmimi olduğunun bir göstərgəsi də ola bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31