Vaşinqtonun bu qərarı həm də beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumuş oldu-Yusif Bağırzadə- ÖZƏL

"ABŞ tərəfi Fələstinin BMT-nin tam hüquqlu üzv olması ilə bağlı veto qərarını onunla izah edir ki, guya Fələstinin dövlət sayılacaq kriteriyalara cavab verib-verməməsi ilə bağlı suallar qalır".

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"ABŞ qətnaməni blokladıqdan sonra ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud deyib ki, Vaşinqton guya Fələstin dövlətinin yaradılmasını, iki dövlətli həlli qeyd-şərtsiz dəstəkləməyə davam edir amma bunun üçün tərəflər yəni, İsrail və Fləstin arasında müvafiq razılşama olmalıdır. 
Aydındır ki, bu cür aynaşma, yəni Fələstinin BMT-nin tam hüquqlu üzvü olması üçün mütləq şəkildə İsraillə razılıq əldə etməsinin vacibliyi ilə bağlı şərt əslində, prosesin dalana dirənməsidir. Sadəcə ABŞ bütün dünyanın, o cümlədən də müttəfiqi olan Böyük Britaniyanın iki dövlətli həll prinsipini dəstəkləməsi fonunda başqa cür cavab verə bilməzdi. Məlumdur ki, Böyük Britaniya ilə yanaşı İsveçrə də Fələstinin üzvlüyünü bloklamayıblar, sadəcə bitərəf qalmaqla mövqe bildiriblər. 
Başqa sözlə Vaşinqtonun bu qərarı yalnız Təl-Əvivin maraqlarından çıxış etdiyini göstərməklə yanaşı, həm də beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumuş oldu.
Əslində isə rəsmi Vaşinqtonun səsvermə zamanı məhz bu cür mövqe ortaya qoyacağı sirr deyildi. Hələ səsvermədən öncə ABŞ bununla bağlı konkret mövqeyini ortaya qoymuşdu. İndiki mərhələdə, yəni, ABŞ-da Prezident seçkilərinin keçiriləcəyi bir dönəmdə, ABŞ-dakı yəhudi lobbisinə böyük ehtiyac olduğu bir zamanda Bayden adminstarisyasının hansısa başqa mövqe ortaya qoyması mümkün deyildi.
Düşünürəm ki, bu cür qərarın qəbulu İsrailin Rəfah istiqamətinə hücumunu həyata keçirmək üçün də yaşıl işıq yandıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31