Milli Məclisin deputatı Cenevrədə səfərdə olacaq
22 Aprel 2024 16:22 SiyasətMilli Məclisin deputatı Anar Məmmədov "Türk həftəsi" çərçivəsində TÜRKPA-nın digər türk əməkdaşlıq təşkilatları ilə birgə təşkil etdiyi tədbirlərdə və konfransda iştirak etmək üçün aprelin 22-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki, "İrsdə birlik, fəaliyyətdə irəli: Dayanıqlı innovasiya və birlik naminə türk əməkdaşlığı" mövzusuna həsr olunmuş tədbirdə müasir dövrdə türk dünyasının qarşısında dayanan məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər aprelin 25-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31