Bu şərtin qoyulması Azərbaycan üçün önəmli idi-Ramiz Alıyev- ÖZƏL

"10 noyabr 2020-ci il razılaşmasında mütləq şəkildə bizə lazım idi ki, orda rus sülhməramlılarının müvəqqəti yerləşdirilməsi ilə bağlı maddə qeyd olunsun. "Müvəqqəti" sözü mütləq idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev qeyd edib:

"Üçtərəfli razılaşmada tərəflərdən biri dünyanın ən hegamon dövlətlərindən Rusiya idi. Belə olduğu halda həmin razılaşmada belə şərtin qoyulması Azərbaycan dövləti, xalqı üçün çox böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan bizim üçün nə qədər dəyərli, doğma olsa da, biz, həqiqətləri anlamalıyıq və bilməliyik ki, Azərbaycan böyük gücə sahib dövlətlərlə müqayisədə çox kiçik dövlətdir. Həm ərazi, həm əhali, həm hərbi güc, həm iqtisadi güc, həm müstəqilliyimizin tarixi baxımından Azərbaycan digər böyük dövlətlərlə nisbətdə kiçikdir. Azərbaycan tərəfi Rusiyanın da iştirak etdiyi anlaşmada şərt qoyur və tələb edirsə və Azərbaycanın tələbi qəbul olunursa, bu, Azərbaycan üçün çox böyük bir uğurdur. O razılaşmada Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilməsi ilə bağlı razılıq əldə olundu və o bənd ora daxil edildi. 2025-ci ilə qədər tarix qoyuldu. Hətta belə bir qeyd vardı ki, əgər 2025-ci il bitdikdən sonra hər iki tərəfin razılığı olarsa, həmin sülhməramlıların fəaliyyəti davam etdiriləcək. Əgər Azərbaycan 2025-dən sonra razı olmayacaqdısa, sülhməramlılar orda qala bilməzdi. Belə olan halda bu, Azərbaycanın uğurudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31