Qazaxın Azərbaycana qaytarılan kəndlərində də mina təhlükəsi var-Tural İsmayılov- ÖZƏL

"Əlbəttə, nəzərə almaq lazımdır ki, Qazaxın 4 kəndi qaytarıldıqdan sonra Azərbaycanla Ermənistan arasında ilk dəfə delimitasiya olunmuş dövlət sərhədləri olacaq. Qazaxın kəndlərinə bitişik Ermənistan ərazilərində Ermənistan silahlı qüvvələri deyil, Ermənistan sərhədçiləri xidmət aparacaq". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Həmin əraziləri ona görə minalardan təmizləyirlər ki, öz sərhədçiləri üçün rahat gediş-gəliş təmin olunsun. Aydın bilməliyik ki, mina təmizləmə işləri Ermənistan ərazilərində həyata keçirilir. Məsələ də odur ki, o ərazidə Ermənistanın öz sərhədçiləri üçün rahat gediş-gəlişi təmin etmək istəyirlər. Təbii ki, Qazaxın Azərbaycana qaytarılan kəndlərində də mina təhlükəsi var. Yəqin ki, bu əraziləri Azərbaycan özü minalardan təmizləyəcək. Ümid edirik ki, Azərbaycan Qarabağda etdiyini bu dəfə etməyəcək. İşğaldan azad etdiyi kəndlərindəki minalanmış ərazilər varsa, onların da dəqiq xəritələri Azərbaycana veriləcək. Bu baxımdan Ermənistanda müxtəlif revanşist dairələrin təxribatlarına və addımlarına baxmayaraq artıq delimitasiya komissiyalarının iclasında qərar qəbul edilibdir və Qazaxın kəndləri beynəlxalq hüququn, prinsiplərin və eyni zamanda Ermənistanın üzərinə götürdüyü öhdəliklərin fonuna uyğun olaraq Azərbaycana qaytarılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31