Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək
22 Aprel 2024 14:59 SiyasətMalayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.
Olaylar xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza deyib.
Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.
"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31