Azərbaycan Quşçular Təsərrüfatından deputata etiraz

Aprelin 18-də Milli Məclisin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda ictimai dinləmə keçirilib. Dinləmələrdə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri ilə təmsil olunub. Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin rəhbərliyinin də iştirak etdiyi dinləmələr zamanı həm ölkənin qida sənayesinin təmsilçiləri, həm dövlət qurumlarının nümayəndələri, həm də Milli Məclis üzvləri tərəfindən mövcud vəziyyət qiymətləndirilib, bir çox səmərəli təkliflər səsləndirilib. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyasından "Olaylar"a bildirilib ki, sağlam və qarşılıqlı anlaşma mühitində keçən müzakirələrin gedişində Aqrar siyasət komitəsinin üzvü deputat Tahir Kərimli tərəfindən əsası olmayan iddialar səsləndirilib: "O, Azərbaycanda quş əti istehsalı müəssisələri tərəfindən quşların tez böyüməsi üçün onlara hansısa kimyəvi dərmanlar verildiyini, kəsimdən sonra onların bədəninə su vurulduğunu iddia edib. Azərbaycan quşçuluq təsərrüfatlarının birləşdirən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyası olaraq deputat Tahir Kərimlinin bu iddialarını heç bir real əsası olmayan böhtan, yeli sahibkarlığa qarşı qərəzli münasibətin nəticəsi kimi qiymətləndiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31