İlahi həqiqətlərə dönük çıxan zavallıları Allah və hüquq cəzalandırır - ÖZƏL
22 Aprel 2024 10:31 Siyasət"Dünyada tibb sahəsi üzrə tanınmış ekspertlərin mülahizələrini izləyəndə bu qənaətə gəlmək olar ki, koronavirus yalnız səhiyyə problemi deyil. Bu, həm də bizim duymadığımız, bilmədiyimiz çox dərin ilahi həqiqətlərin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli deyib: "Əslində insan halal pula və Tanrı təbəssümünə ehtiyacı olan varlıqdır. Bu ilahi gerçəyi dünyaya islam sivilizasiyası diktə edir. Bu heç də mücərrəd anlayış, gəlişi gözəl ifadələr deyil. Müqəddəs kitabımız olan Qurani-Kərimin 49-cu surəsinin 13-cü ayəsində yazılır: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız". Quranın bu ayəsinin təsirindən BMT-nin İnsan Hüquqları Bəyannaməsinin birinci maddəsi yaranıb. Həmin sənəddə göstərilir: "Bütün insanlar öz hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilmişdir və onlar qardaşlıq münasibətində olmalıdırlar. Bu da islam dininə istinad olunmaqla insana verilən dəyərdir, ilahi eşqin təzahürüdür. Dini dəyərlərin əbədi olduğu daha qabarıq şəkildə önə çəkilir. Deməli bəşəriyyəti, həm koronavirus bəlasından, həm də digər fəlakətlərdən islam sivilizasiyası xilas edə bilər. Zaman ən vicdanlı hakimdir. Koronovirus bəlasında günahı olanları zamanın hökmünə buraxaq. Dünyasını dəyişənlərə rəhmət, xəstəlikdən əziyyət çəkənlərə şəfa diləyək. Nəhayət bu gün korrupsiya əməllərinə görə həbs olunan baş həkimlərin halal puldan və Tanrı təbəssümündən üz döndərənlərdir. İlahi həqiqətlərə dönük çıxan zavallıları Allah və hüquq cəzalandırır".