Qarabağdan çıxan sülhməramlılara lazımi texniki dəstək göstərilsin - Müdafiə nazirindən TAPŞIRIQ
20 Aprel 2024 14:18 SiyasətMüdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.
Olaylar xəbər verir ki, nazir bunu Quru Qoşunlarının qərargahında aprelin 20-də xidməti müşavirədə deyib.
Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəni tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31