Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyasına dair konkret tapşırıqlar verildi
20 Aprel 2024 14:14 SiyasətAprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsinə dair tapşırıqlar verilib.
Olaylar xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, general-polkovnik Z.Həsənov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31