Paşinyan hakimiyyətə gəldiyi dövrdə bu fikirləri işlətsə idi, 44 günlük Vətən müharibəsi də olmazdı...-Tural İsmayılov- ÖZƏL
20 Aprel 2024 12:34 Siyasət"Qohum-əqrəbalarımız o dövrün canlı şahididir. Özəlliklə Bağanıs Ayrımda, Əskiparada böyük qətliamlar törədiblər".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu günə qədər biz bunun beynəlxalq ictimaiyyətdə ən azından parlamentlər səviyyəsində hansısa bir reaksiyasına səbəb olmağa çalışır. Amma təəssüflər olsun ki, Qarabağdakı Xocalı da daxil olmaqla bir çox qətliamlara və soyqırımlara göz yumulduğu kimi Qazaxın da bu kəndlərində də bu məsələlərə göz yumulur. Amma əlbəttə ki, bu kəndlərin qaytarılmağı məsələsi və Paşinyanın gedib həmin kəndlərlə şərti sərhədlərdə erməni əhalisinə "bu kəndlər Azərbaycanındır" ifadəsini işlətməsi Paşinyanın özünün hansısa bir məsələdə sülhə gəlməyi demək deyil. Bəzən bizim də bəzi ekspertlərimiz qeyd edirlər ki, bu hadisə təqdir ediləndir. Əgər həqiqətən Paşinyan hakimiyyətə gəldiyi dövrdə doğurdan da bu fikirləri işlətsə idi, heç 44 günlük Vətən müharibəsi də olmazdı, o torpaqlar qansız-qadasız Azərbaycana geri qaytarılardı. Bu gün Azərbaycanın qazandığı qələbə təkcə geopolitik mənada siyasi konyukturanın yenidən formalaşmasına səbəb olmur. Həm də tarixdə ilk dəfə Ermənistanın siyasi rəhbərliyindəki birinci şəxs etiraf edir ki, bizim işğal etdiyimiz torpaqlar Azərbaycanındır və əlbəttə ki, bu dörd kəndin qaytarılması fikrimcə həm də onun üçün vacibdir ki, sülhün əldə edilməsi üçün ən əsas komponentlərdən biri olan delimitasiyada heç olmasa 30,40 faiz irəliləyiş əldə etmək lazımdır. Məhz xəritələrlə bağlı Azərbaycanın obyektivliyi və dəqiqliyi var. Amma Ermənistan xəritələr məsələsində bilirik ki, 1975-ci illərdə SSRİ Arxiv İdarəsində çalışan erməni mənşəli hansısa adamların uydurma xəritələrinə istinad etməyə çalışırlar".