Zaman-zaman narahat olduğumuz məsələlər öz həllini tapır-Əli Mustafa- ÖZƏL
20 Aprel 2024 12:02 Siyasət"4 qeyri-anklav kəndin qaytarılması çox müsbət hadisədir. Bu, bizim haqqımızdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Ermənilər o kəndləri qanunsuz, qaydasız işğal etmişdilər. 1 kənd 1990-cı ildə, 6-sı isə 1992-ci ildə işğal olunmuşdu. İndi onlar anlayırlar ki, ya bu kəndləri könüllü verəcəklər, ya da biz onu güclə alacağıq. Könüllü verməyin onlar üçün daha faydalı olduğunu anladıqlarına görə bu kəndlər verildi. Zaman-zaman narahat olduğumuz, dediyimiz məsələlər nəhayət, öz həllini tapır. Millətimiz, xalqımız, dövlətimiz üçün xeyirli-uğurlu olsun. Ümid edək ki, işğal altında olan kəndlərimiz də qayıdacaq. Ümid edək ki, bir vaxt azərbaycanlılar Qərbi Azərbaycana qayıdacaq, Zəngəzur dəhlizi açılacaq, Azərbaycan-Naxçıvan arasında olan məsafə, ayrılıq bitəcək. Əlbəttə, ermənilərin etməli olduğu çox üzrxahlıq var. Bir şeyi anlamalıyıq ki, ermənilər həmişə olduğu kimi yenə də bir fürsət gözləyirlər. Biz güclü olduğumuz müddətdə təbii ki, onlar öz yerlərini biləcəklər. Azərbaycan hər zaman güclü olmalıdır!"