Tarix yazan Liderlə, tarix yazan Azərbaycanla, tarix yazan xalqla irəli!- ÖZƏL

"Bu hadisələr gözlənilən idi. Azərbaycan dövləti, Azərbaycan Prezidenti nəyi deyibsə, onu edir. Sözümüz imzamızdır!".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"Bunu Ermənistan və onun havadarları yaxşı bilirlər. Azərbaycanın necə dövlət olduğunu, hansı gücə sahib olduğunu bilir və İlham Əliyevin "dəmir yumruğ"unu yaxşı xatırlayırlar. Ona görə də, Qazaxın 4 kəndi qaytarılıb. Bunlar qeyri-anklav kəndlərdir. Biz digər anklav kəndlərimizi də gözləyirik. Daha 4 kəndimiz (1-i Naxçıvanın) işğaldadır. İlin sonuna qədər də onların da qaytarılmasını gözləyir və tələb edirik. Azərbaycan dövlətinin gücünə inanmayan bədxahlar üçün gəlsin bu məsələ. Görsünlər ki, bu bölgənin ən güclü dövlətinin çalışmalarının nəticəsi var. Deyirik və edirik. Artıq Azərbaycan ərazilərinin çoxu cüzi hissəsi Ermənistanın işğalı altında qalıbdır. Tarix yazan Liderlə, tarix yazan Azərbaycanla, tarix yazan xalqla irəli!"

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüş zamanı razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31