Azərbaycanın növbəti diplomatik uğuru

"Ermənistanla Azərbaycan arasında dörd anklav kəndlərin Azərbaycana qaytarılmasi barədə razılıq əldə olunub. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxması N. Paşinyanı real addımlar atmağa sövq edib". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Bildirib ki, may ayı ərzində dörd kənd  Azərbaycana təhvil verilə bilər: "Bundan sonra delimitasiya və demarkasiya prosesi başlayacaq. Azərbaycan COP29 konfransina kimi Ermənistanla sülh müqaviləsi bağlamaqda maraqlıdır".
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşün nəticəsində Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması razılaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31