Dörd kəndin qaytarılması Liderimizin dahiliyinin sübutudur- Şəbnəm Həsənova- ÖZƏL

"Müzəffər Ali Baş Komandanımız  İlham Əliyevin qarış-qarış, cırmaq-cırmaq, gecəli-gündüzlü gərgin əməyinin nəticəsidir ki, dörd kəndimiz xalqımıza qaytarılır. Bu, Müzəffər Liderin xalqına bəxş etdiyi növbəti sevinci, hədiyyəsidir". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Dörd qeyri-anklav kəndin bir güllə belə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması xalqımızın igid oğlunun əsgərinə, zabitinə verdiyi dəyərin bariz nümunəsidir. Deməli, bir daha sübut olunur ki, xalqa verilən dəyər, vətəndaşına duyulan sevgi, torpağa olan bağlılıq, milli maraqlar bu fenomenal şəxsiyyət üçün hər şeydən ümdədir. 

Qeyri-anklav kəndlərin qaytarılması məsələsi də məhz dövlət başçımız tərəfindən 2020-ci ildən etibarən qaldırılmışdı. Ötən zaman ərzində bu məsələ də siyasi agendanın mərkəzində saxlanılır, bununla bağlı sistematik işlər həyata keçirilirdi.  Yurd itkisinə, qaçqın və məcburi köçkün həyatına, torpaq həsrətinə son qoyan Prezidentimiz xalqımıza silsilə zəfərlər bəxş edir. Bütün dünyanın gözü dikilən 44 günlük müharibə və onun nəticəsində əldə edilən Şanlı Zəfər, 2023-cü ilin sentyabr ayında suverenliyimizin tam bərpası, ardınca isə heç kimin gözləmədiyi bir zamanda, yeganə gözlənti və ümid yerimiz olan Prezidentimizin heç bir tərəflə, heç bir mənfi məcrada münasibətlərə rəvac verməyərək rusiyalı sülhməramlıları son dərəcə incə diplomatik addımlarla bölgədən çıxarması, indi isə dörd kəndin qaytarılması xalqının qəlbində dərin sevgi izi buraxan bir Liderin dahiliyinin sübutudur. İndiyə qədər Azərbaycan qalib tərəf olaraq bütün şərtləri özü diktə edib, əldə edilmiş bu razılıq da delimitasiya istiqamətində atılan ilk addımdır. Azərbaycanın bu məsələdə də təkidinin nəticəsidir ki, delitimasiya məhz bu istiqamətdən başladı.

Fransa, bütövlükdə qərb media ruporu avaz-avaz bağırırdı ki, guya Azərbaycan Ermənistana hücum edəcək, guya Ermənistan ərazisində hərbi hədəflərimiz var, bunun məhz riyakarlıq və yalan üzərində təbliğatını aparırdılar. Lakin yenə də heç nəyə nail ola bilmədilər. Məhz Azərbaycanın qətiyyəti sayəsində nə ABŞ, nə də Aİ məsələlərə müdaxilə belə edə bilmədi. Biz bildirirdik ki, Azərbaycanla Ermənistanın özünə qalsa məsələlər müsbət məcrada həllini tapa bilər. Elə də oldu, nəticə etibarilə Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində ortaq məxrəcə gələrək məsələni yekunlaşdırdılar. 

Bir daha sübut olunur ki, sülh və sabitliyə deyil, öz acgöz hədəflərinə fokus olan bəzi Qərb dövlətləri və neoimperialist qüvvələr proseslərdən nə qədər kənar dursalar, regionumuza sülh və sabitlik də bir o qədər tez gələr. Azərbaycan üçünsə çıxdığı bu yolda son yoxdur. Regionumuzda yeni mərhələ başlayır, yeni səhifə açılıb. Keçmiş səhifələri çevirən də, yenə səhifələr açan da məhz Azərbaycanın Lideridir. Dünyanın müxtəlif istiqamətlərində gedən ziddiyyətli və qanlı-qadalı proseslər fonunda dövlət başçımız bütün Cənubi Qafqaza qalıcı sülh gətirir.

Zənnimcə,bundan sonrakı hədəf Zəngəzur dəhlizidir. Ermənistan bu dəhlizin də əhəmiyyətini nə qədər tez dərk etsə, bir o qədər özü üçün faydalıdır. Regiondan olduğu kimi, nəticədən də qaçış yoxdur. Regional aktorlarla məsələləri həll etmədən, onların başı üzərindən tullanmaqla Ermənistan yenidən öz "dibinə" düşə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31