Daha bir diplomatik qələbə...-Kazım Kazımov- ÖZƏL

"Azərbaycanın 4 anklavının bir güllə belə atılmadan geri alınması, Azərbaycanın növbəti diplomatik qələbəsidir". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Ermənistan uzun illərdən sonra nəhayət anladı ki, Azərbaycanın bir qarış torpağını belə əlimizdən ala bilməyəcək və Azərbaycan hərbi qələbələrinin ardından bir daha yeni bir diplomatik qələbə qazandı. Ümid edirəm ki, digər anklavlar da bu şəkildə geri qaytarılacaq və tezliklə Azərbaycanın istədiyi bütün şərtlər təmin olunaraq sülh müqaviləsi imzalanacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31