Azərbaycanın müstəqil hüququna heç kim qarışa bilməz!-Zeynal Əmrəliyev- ÖZƏL

"Biz, İrandan bu cür açıqlamalar gözləmirik. İran dövləti rəsmi şəkildə Azərbaycanla əməkdaşlığın olması istiqamətində addımlar atmaq istəyir və bununla bağlı müəyyən açıqlamalar verir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Həm İranın XİN rəhbərinin, həm İranın Azərbaycandakı səfirinin, həm də İran rəsmilərinin bu mövzuda müəyyən açıqlamaları var. Biz, vəziyyəti başa düşürük. Belə qəbul edirik ki, İran Azərbaycanla münasibətləri tənzimləmək üçün addımlar atmaq istəyir. Ancaq nə görürük? Bir tərəfdən belə danışırlar, digər tərəfdən başqa cür danışırlar. İran dövləti özü müəyyənləşdirməlidir ki, artıq Azərbaycanla bağlı siyasətdə hansı qərarlar qəbul edir. Azərbaycan suveren, müstəqil ölkədir. Suveren, müstəqil ölkə olaraq hərbi sahədə istənilən ölkə ilə əməkdaşlıq edə bilər. Bura İsrail də daxildir. Azərbaycanın İsraildən silah alması təbii bir şeydir. Artıq İrana burda sual olunur. İranın Ermənistandakı səfiri Mehdi Sobhaniyə sual vermək lazımdır ki, siz deyirsiniz ki, ermənilər Azərbaycan tərəfindən İsrail silahları ilə öldürülüb. Azərbaycan istədiyi ölkədən silah ala bilər. Burda qeyri-adi heç bir şey yoxdur. Beynəlxalq hüquq da buna icazə verir. Siz, İslam həmrəylik prinsipini, İslam Konfransı Təşkilatının qəbul etdiyi prinsipləri və Azərbaycanla mehriban dostluq, qonşuluq münasibətlərini pozaraq niyə müharibə dönəmində öz ərazinizdən Ermənistana silah keçirilməsinə şərait yaratdınız? Sizin müharibə zamanındakı hərəkətləriniz niyə Ermənistanın daha da gücləndirilməsinə xidmət edirdi? Niyə Ermənistan üçün silah ticarəti məsələsində tranzit rolunu oynayırdınız? İrandan Ermənistana keçək maşınlar nə idi? İran səfiri bunlarım cavabını verməlidir. Bu məsələyə görə məsluliyyət daşımalıdır. Filan ölkədən silah aldı, filan silahla öldürdü. Bu, Azərbaycanın müstəqil hüququdur. Buna heç kim qarışa bilməz. İranın bu məsələ ilə bağlı verməli olduğu çox cavab var. İsraillə mübarizəni Azərbaycan-Ermənistan mübarizəsinin üstünə daşımaq lazım deyil. İsraillə mübarizə aparmaq istəyirsə, bunu kənarda etsin. Bizə nə aidiyyatı var? Bura Azərbaycanı qatmağın mənası nədir? Hər məsələni Azərbaycana daxil etmək İranın Azərbaycana qarşı qərəzli, ikiüzlü siyasətinin tərkib hissəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31