Fransa türk dünyasının birliyini həzm edə bilmir- ÖZƏL

"Emmanuel Makronun prezidentliyi illərində rəsmi Bakının münasibətləri normallaşdırmaq üçün bütün səylərinə baxmayaraq, Fransanın Cənubi Qafqazdakı ermənipərəst siyasəti ən yüksək zirvəsinə çatıb. Rəsmi Bakının bəyan etdiyi kimi, Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva deyib: "Bundan əlavə, Fransa BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənədlər qəbul olunmasına çalışıb. Eləcə də, Fransa parlamenti Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Lakin Fransanın bu cəhdləri heç bir nəticə vermir. Öz siyasətində beynəlxalq hüquq və prinsiplərinə əsaslanan Azərbaycan 44 günlük müharibədən sonra daha da güclənib, Cənubi Qafqazda yeni reallıqlar yaradıb və heç bir qüvvə bu reallıqları dəyişdirə bilmir. İki qardaş olan Azərbaycanla Türkiyə regionun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir. Fransanın isə tarixən türklərə olan münasibəti məlumdur və bu gün türk dövlətlərinin güclənməsini, bütövlükdə türk dünyasının birliyini həzm edə bilmir. Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının səbəblərindən biri də məhz bu amildir".
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31