Dövlətimizin siyasətində milli maraqlarımız ən başlıca amildir- ÖZƏL

"Azərbaycan həmişə bütün dövlətlərlə bərabərhüquqlu, normal münasibətlər qurmağa üstünlük verib və bu yanaşmanı davam etdirir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva deyib: "Dövlətimizin siyasətində milli maraqlarımız ən başlıca amildir. Müasir dünyada bir çox dövlətlər müəyyən səbəblərdən tərəf tutur. Lakin  Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir. Azərbaycan həm Şərq, həm  Qərblə, o cümlədən  Rusiya ilə balanslı münasibətləri qoruyub saxlaya bilir.  Amma Fransa kimi ölkələr müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərməyə, nəyisə diqtə etməyə çalışıb. Bu isə bizim üçün qəbulolunmazdır. Fransanın ölkəmizdəki səfirinin geri çağırılmasınin səbəblərindən biri də budur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31