Aİ və ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarışmağa başlayıb - Sergey Lavrov

Avropa İttifaqı (Aİ) və ABŞ nəticələri özününküləşdirmək üçün Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarışmağa başlayıb.

Olaylar xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

"2020-ci il noyabr ayından sonra imzalanmış və [Azərbaycan və Ermənistan arasında] münasibətlərin balanslaşdırılmış şəkildə normallaşmasını təmin edən 3 üçtərəfli sənəd imzalandıqdan sonra Aİ və ABŞ Rusiyanın nəticələrini özününküləşdirmək və əldə edilmiş razılaşmaları həyata keçirməsinə imkan verməmək üçün prosesə qarışmağa başladı", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31