Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir
19 Aprel 2024 13:03 Siyasət"Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir. Amma maraqlıdır ki, rus bazalarını Ermənistandan çıxarmaq üçün dəridən qabıqdan çıxan kollektiv Qərb sülhməramlıların Azərbaycandan getməsindən məmnun görünmədi və hətta Vaşinqton buna görə Rusiyanı "etibarsız müttəfiq" adlandırdı. Görünən odur ki, bunlar bəzi təcrübələrə əsaslanıb sülhməramlı məsələsinə Bakı ilə Moskva arasında potensial böhran kimi baxırmışlar. Təbii ki, Qərbi cari ssenari qane etmir və ona görə də özünə bağlı proksi ünsürləri, o cümlədən Azərbaycan daxilində "Milli Şura" adlanan antimilli marionet dərnəyi aktivləşdirməkdədir və planlaşdırılan "mitinq şousu" də məhz bu proseslərin tərkib hissəsidir. Yaxşı, aydındır ki, qanunsuz aksiya çağırışları Qərbin sifarişidir və amma axı sən Azərbaycan vətəndaşısan, insanları küçəyə çıxarıb nə tələb edəcəksən? Cəsarətin çatır get Avropa İttifaqına, ABŞ yaxud Fransa etiraz et, edə bilmirsən axı".