Tikinti şöbələri ləğv edilsin-Təklif
19 Aprel 2024 11:58 Siyasət"Müxtəlif nazirliklərin, komitələrin, belə demək olar ki, əksər dövlət qurumlarının təkribində tikinti şöbələri var. Bilmirəm bu sovetlərdən qalma ənənədir, yoxsa sonradan yaradılıb. Nazirliklərin, dövlət qurumlarının öz işləri var, birbaşa səlahiyyətləri ilə məşğul olsunlar, tikinti ilə yox. Ona görə də təklif edirəm ki, aidiyyatsız dövlət qurumlarında tikinti şöbələri ləğv edilsin". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Razi Nurullayev deyib: "Ayrıca bir dövlət agentliyi, yoxsa komitəsi olsun və onlar tikinti ilə məşğul olsunlar. Bu çox səmərəli bir yanaşma olar və aidiyyatı dövlət qurumları da tikinti yarışına girişib, əsas vəzifələrini yaddan çıxarmazlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31